Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Raspberry Pi 4” mikrokompüteri üçün “Akasa Gem Pro” korpusu buraxılıb


“Akasa” şirkəti “Raspberry Pi 4 Model B” mikrokompüteri üçün “Gem Pro” adlı korpus təqdim edib. Alüminium korpus radiator rolunu oynamaqla aktiv soyutmanı aradan qaldırmağa imkan verir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, “Akasa Gem Pro” bütün çıxışlardan, o cümlədən “GPIO” xətləri, “USB 2.0”, “USB 3.0”, “Ethernet” portları, eləcə də “HDMI” videoçıxışları və enerjinin toplanılması üçün nəzərdə tutulan “USB-C” çıxışından istifadəni təmin edir.

 

Məlumata görə, dəstə iki alüminium blok daxildir. Onlar vasitəsilə korpusa “Broadcom BCM2711” birkristallı sistemi və “USB 3.0” kontrollerindən istilik və korpus mikrosxemləri ilə daha yaxşı istilik kontaktı üçün istilik keçiriciləri ötürülür. Oxşar həll “SilverStone PI02” korpusunda da tətbiq edilib.

 

“Akasa Gem Pro” korpusunun qiyməti 30 dollar təşkil edir.

 

Nizam Nuriyev






07/07/20    Çap et