Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən əlverişli smartfon bəlli olub


“SellCell” telefonların satışı üzrə təşkilatın hesabatına əsasən, “Apple” şirkətinin qurğuları satınalma üçün ən əlverişli cihazlar hesab edilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, təşkilatın mütəxəssisləri bildiriblər ki, “iPhone XS Max” satınalmadan 2 il sonra ilkin dəyərinin təxminən 57%-ni itirir. Reytinqdə ikinci və üçüncü yerləri “iPhone XS” və “XR” aparatları tutublar – onlar müvafiq olaraq 56 və 53% dəyər itirirlər. Maraqlıdır ki, hər üç qurğuda daxili daşıyıcının tutumu 64 QB təşkil edir.

 

“Samsung Galaxy S9 ” (64 QB), “Galaxy S9” (64 QB) və “Galaxy Note 9” (128 QB) istifadədə olan qurğular bazarında satış üçün əlverişli deyillər – aparatların dəyəri müvafiq olaraq 75,6, 75,9 və 72,4% azalıb. “SellCell”in əməkdaşları köhnəlmiş “LG V40 ThinQ” və “G7 ThinQ” telefonlarını satmağı məsləhət görmürlər, çünki 2 ildə onların dəyəri 80%-dən çox azalıb.

 

Hesabata əsasən, uzunmüddətli perspektivdə “Apple” və “Samsung”un göstərilən cihazlarını satın almaq daha əlverişlidir, çünki onlar nisbətən az dəyər itirir.

 

Emil Hüseynov






07/07/20    Çap et