Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda internet-qoşulmalar tamamilə optik xətlərə keçirilir
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi son istifadəçilər üçün bütün internet xidmətlərini optik rabitə xətlərinə keçirir.
BTRİB-nin baş direktoru Beytulla Hüseynov bildirib ki, hazırda operator tərəfindən optik infrastrukturun genişləndirilməsi üzrə iş aparılır və qoşulma üçün müraciət edənlərin hamısına (xüsusilə, müəssisələr və təşkilatlar) optik rabitə xətləri üzrə birləşmə təklif olunur.
Demək olar ki, bu gün mis kabellər tamamilə istismardan çıxarılıb, hətta abonentlərə onların köməyi ilə birləşmə təklif olunmur. Birləşmə yalnız optik rabitə xətləri vasitəsilə həyata keçirilir.
08/12/11 Çap et