Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Keniyada hava şarlarının köməyilə “4G” internet əlçatan olub


"Loon" şirkəti Keniyada hava şarlarının köməyilə paylanan yüksəksürətli internet əlçatan olub. 35 mindən çox müştəri bu internetdən istifadə edə bilər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, "Loon" şirkəti "Telkom Kenya" yerli operatorla əməkdaşlıq çərçivəsində hava şarlarının köməyi ilə "4G" internet istifadəyə verib. 50 min kv.km-də yaşayan 35 mindən çox müştəriyə xidmət göstəriləcək. İnternetin sürəti səsli və videozənglər, veb səhifələrə baxış, elektron poçt, "WhatsApp" və "YouTube"a giriş üçün kifayət edir.

 

"Loon" şirkəti hava şarlarının sayını 35 minədək artırmağı planlaşdırır. Bir qurğu eyni vaxtda istifadəçilərə xidmət göstərə bilər və interneti başqa hava şarlarına ötürmək üçün şəbəkədə əlaqə rolunu həyata keçirə bilər.

 

Emil Hüseynov






08/07/20    Çap et