İsrail yeni nəsil kəşfiyyat peykini kosmosa buraxıb. Bu haqda İsrailin Müdafiə Nazirliyinə istinadən “Sinxua” nəşri yazıb.
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, məlumatda deyilir ki, İsrail Müdafiə Nazirliyi və İsrail Aerokosmik Sənayesi "Ofek-16" kəşfiyyat peykini uğurla kosmosa buraxıblar. Buraxılış "Şavit" işəsalma qurğusundan istifadə nəticəsində İsrailin mərkəzi hissəsində yerləşən kosmodromdan həyata keçirilib.
Müdafiə Nazirliyinin bəyanatına əsasən, "Ofek-16" qabaqcıl elektrooptik kəşfiyyat peykidir. Peyk buraxılışa kimi sınaqlardan keçib.
Xatırladaq ki, İsrailin "Ofek-1" qrupuna məxsus ilk peyki 1988-ci ildə buraxılıb.
Emil Hüseynov