Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyada ən kiçik elektron sxem hazırlanıb
Makqill Universiteti və ABŞ-ın Sandia Milli laboratoriyasının mühəndislərindən ibarət birgə qrup dünyada ən kiçik elektron sxemlərdən birini hazırlayıb. Elektron sxem 2 məftildən yaradılıb. 2 komponent arasındakı məsafə təxminən 15 nanometr təşkil edir.
Qurğunun yaradıcılarından Qiyoma Cervenin sözlərinə əsasən, ən kiçik sxemin yaradılmasında reallaşdırılmış konsepsiyalar gələcək inteqral sxemlərdə tətbiq oluna bilər.
08/12/11 Çap et