Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Niderlandda tullantılardan ibarət körpü “3D” printerdə çap ediləcək


Niderlandın Rotterdam şəhərinin hakimiyyəti “3D” printerdə tullantılardan hazırlanan çap edilmiş yeni körpü quraşdırmağı planlaşdırır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, uzunluğu 6,5 metr təşkil edəcək körpünün 2020-ci ilin sonunda Kralinqs Bos parkında, 1975-ci ildə qurulan hazırkı taxta körpünün yerində tikilməsi nəzərdə tutulur.

 

Mütəxəssislərin sözlərinə görə, 2100-cü ilədək istifadə ediləcək yeni körpü obyektin vəziyyəti haqqında məlumatların toplanılması və onların tikilinin “rəqəmli oxşarı”na ötürülməsi üçün xüsusi sensorlarla təchiz olunacaq.

 

Körpünün istismar müddəti başa çatdıqdan sonra onun bütün materialları təkrar emal edilərək istifadə olunacaq.

 

Nizam Nuriyev






13/07/20    Çap et