Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi yaradıldı


Nazirlər Kabineti Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin yaradılması haqqında qərar verib.
 
Qərarda qeyd olunur ki, Müəllif Hüquqları Agentliyinin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi yaradılsın.
 
Müəllif Hüquqları Agentliyinə tapşırılır ki, bir ay müddətində Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin strukturu və ştat sayı barədə təkliflərini Nazirlər Kabinetinə təqdim etsin.
 
Maliyyə Nazirliyinə tapşırılır ki, Müəllif Hüquqları Agentliyinin tabeliyindəki Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı məsələləri müəyyən olunmuş qaydada həll etsin. Müəllif Hüquqları Agentliyi bu qərardan irəli gələn digər məsələləri həll etməlidir.
 
Əmlak Məsələləri Dövlət Komitəsi Müəllif Hüquqları Agentliyinin tabeliyindəki Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyət göstərməsi üçün müvafiq yerin ayrılması barədə təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etsin.





08/12/11    Çap et