Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni “Bluetooth” çipi sayəsində simsiz klaviaturalar 10 il müddətində işləyəcəklər
Mobil və şəbəkə mikroçipləri istehsalçısı Broadcom yeni “Bluetooth” çipset üzərində işləyir. Yeni çipset sayəsində müasir klaviaturalar simsiz rejimdə qidalandırma elementləri əvəz olunmadan 10 il müddətində işləyə biləcəklər.
Şirkətin bəyanatında qeyd edilib ki, yeni çipsetin enerji istehlakı o qədər aşağıdır ki, o, standart batareyalar ilə 10 il müddətində işləyə bilər.
Yeni çipset klaviaturalardan əlavə, kompyuter “siçan”larında, televizorlar üçün aktiv “3D”-eynəkdə, oyun kontrollerləri və məsafədən idarəetmə pultlarında istifadə edilə bilər.
08/12/11 Çap et