Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“One Netbook” hibrid minikompüteri planşetə çevrilir


Ultraportativ kompüterlərin hazırlanması ilə məşğul olan “One Netbook” şirkəti mühəndis və İT peşəkarları üçün nəzərdə tutulan minikompüter hazırlayır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, qurğu hazırda konseptual prototip şəklində mövcud olduğundan onun adı müəyyənləşməyib. Bu səbəbdən onun tətbiq edilən prosessor tipi, yaddaş tutumu, toplayıcının həcmi və s. kimi əsas texniki xüsusiyyətləri açıqlanmır.

 

Buna baxmayaraq minikompüterin 7 düym diaqonallı sensor displeylə təchiz ediləcəyi məlum olub. İstifadəçilər ekranla barmaqlar və 2048 basılma gücü səviyyəsinin tanınmasını təmin edən xüsusi qələm vasitəsilə işləyə biləcəklər.

 

Xüsusi bərkidici ekranın qapağını 180 dərəcə döndərməyə və bağlamağa imkan verir: bu halda qurğu planşetə çevrilir.

 

Mövcud interfeyslər kimi ardıcıl port, şəbəkə kabeli üçün çıxış, təsvirin kənar monitorda göstərilməsi üçün “HDMI” çıxışı, iki “USB Type-A”, bir “USB Type-C” portu, eləcə də “microSD” kartı üçün slot sadalanır.

 

“Windows 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək minikompüterin qiyməti və satışa çıxarılma müddəti barədə məlumat verilmir.

 

Nizam Nuriyev






14/07/20    Çap et