Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG” şirkəti dünyada ən kiçikölçülü “Bluetooth” modulu hazırlayır


“LG” şirkəti dünyada ən kiçikölçülü “Bluetooth” modulu hazırladığını elan edib. Düyü dəni ölçüsündə olan modul minimal enerji sərfiyyatı ilə məlumat mübadiləsini həyata keçirməyə imkan verir. Sensor simsiz qulaqlıqlar, fitnes bilərziklər və “Əşyalar interneti” cihazlarını daha yığcam etməyə imkan verəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, yeni modulun ölçüləri 6x4 mm təşkil edir ki, bu da indiyədək dünyada ən kiçik hesab edilən yapon analoqlarının ¾-nü təşkil edir. Kiçik ölçülərinə baxmayaraq, “Bluetooth” modul kommunikasiya çipi, rezistor və induktor kimi təxminən 20-yə yaxın komponentdən ibarətdir. Bundan başqa, “LG” şirkətinin rəsmisi deyib ki, yeni modulun telekommunikasiya imkanları mövcud analoqlarını 30% üstələyir.

 

Emil Hüseynov






14/07/20    Çap et