ABŞ-ın “Twitter” şirkəti eyniadlı sosial şəbəkədə tanınmış şəxslərə və böyük şirkətlərə məxsus hesablara edilmiş müdaxiləni araşdırır. Müvafiq bəyanat iyulun 15-də şirkətin texniki dəstək xidmətinin səhifəsində dərc edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, "Twitterdə hesabların təhlükəsizliyi ilə bağlı baş vermiş hadisə haqqında məlumatımız var. Biz hazırda araşdırma aparır və fəsadları aradan qaldırmaq üçün tədbirlər görürük” – məlumatda deyilir.
Şirkətin rəhbərliyi, həmçinin hər hansı xəbər barədə məlumat verəcəyinə dair söz verib.
Emil Hüseynov