"Google" şirkəti "Gmail" elektron poçtu servisinin məsafədən işin rahat təşkilinə yönələn dizayn və interfeysində dəyişikliklər hazırlayır.
"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, "Google Cloud Next ’20: OnAir" adlı tədbirdən olan şəkillər tərtibatçı Tahin Rəhmanın "Twitter" sosial şəbəkəsində dərc edilib.
Məlumata görə, yeni "Gmail" "iş üçün yeni ev" şəklində inkişaf etdirilir. "Gmail" veb-versiya və əlavələrində bir neçə "Google" servisi, o cümlədən "Meet" videokonfrans servisi, "Chat" biznes messenceri, "Docs" və "Rooms" "bulud" sənədləri birləşir.
"Gmail" mobil əlavəsi dörd əsas bölmə – adi poçt üçün "Mail", həmkarlarla sürətli məlumat mübadiləsi üçün "Chat", videokonfranslar üçün "Slack" və "Meet" üslubunda qrup şəklində çatlar üçün "Rooms" ilə təchiz ediləcək. Bundan başqa, "Chat" və "Rooms"da istifadəçiyə cavab tələb edən prioritet məlumatlar barədə bildirişlər göndəriləcək. "Gmail" veb-versiyasında analoji bölmələr, eləcə də "Google Docs" yan paneldə yaradılacaq.
Nizam Nuriyev