“Twitter”: hakerlər istifadəçilərin parolunu oğurlaya bilməyiblər
“Twitter”ə edilmiş haker hücumu ilə bağlı araşdırma hələ davam edir, amma sosial şəbəkənin texniki dəstək xidməti baş verənlərlə bağlı yeni təfərrüatları bölüşüb.
“ICTnews” Elektron Xəbər Xidməti “
3dnews.ru” saytına istinadən yazır ki, "hazırda bizdə olan informasiyaya əsaslanaraq təxmin edirik ki, baş vermiş hadisə çərçivəsində təxminən 130 hesab hücuma məruz qalıb. Hakerlər həmin hesabların az bir hissəsi üzərində nəzarəti ələ keçirərək sonra onlardan tvit göndərməyə nail olublar" – “Twitter”in texniki dəstək xidməti öz hesabında yazıb.
Bundan əvvəl texniki dəstək xidməti məlumat vermişdi ki, bir neçə tanınmış şəxsə məxsus hesabdan tvit göndərilməsinə baxmayaraq, hakerlər çərşənbə günü həyata keçirilmiş genişmiqyaslı hücum zamanı istifadəçilərin parollarını ələ keçirməyə nail olmayıblar.
"Hakerlər tərəfindən parolların oğurlanmasına dair sübutumuz yoxdur” – “Twitter”in xəbərində deyilir. Hazırda parolları sıfırlamağa ehtiyac yoxdur".
Şirkət, həmçinin məlumat verib ki, son 30 gün ərzində parolunu dəyişdirmiş istifadəçilər haker hücumundan sonra önləyici tədbir kimi müvəqqəti bloklanmış öz hesabına girişə malik olmaya bilərlər. Ancaq bu, onların hesablarına müdaxilə edilməsi demək deyil.
Emil Hüseynov