Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İstifadəçilərin psixoloji durumunu izləməyə kömək edən proqram təqdim edilib


Xəstələrin psixoloji durumunu izləməyə kömək edən yeni proqram mətnin çap edilməsi vaxtı klavişlərə sıxma gücünü və yazma sürətini nəzərə alır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, Kanadanın Delxauzi Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış “PROSIT” mobil proqramı həyəcan və depressiyanı aşkar edə bilər. Sözügedən tətbiq istifadəçinin öz telefonundan necə istifadə etməsini, həmçinin məşqlərin sayı, yuxunu, zənglərin sayını, mesajların tarixçəsini və musiqi zövqlərini nəzərə alır. Daha dərin tənzimləmələr də mövcuddur. Məsələn, mətnin çap edilməsi vaxtı klavişlərə sıxma gücü və yazma sürəti emosional gərginliyi ifadə edə bilər.

 

İstifadəçilərdən, həmçinin həftənin ən pis və yaxşı hadisələrini təsvir edən 90 saniyəlik səs yazısı yazmaq və öz hisslərini 5 ballıq şkala üzrə ifadə etmək xahiş olunur. Bu günədək təxminən 300 nəfər proqramı sınaqdan keçirib.

 

Tədqiqatçılar belə mobil tətbiqlərin psixoloji problemlərin həllində faydalı ola biləcəyini bildiriblər. “PROSIT” insanın psixoloji durumunu tam müfəssəl təsvir etməsə də, o, psixoloqlara seans xaricində öz pasiyentlərinin inkişafını izləməyə və daha yaxşı başa düşməyə kömək edə bilər. Bu, pandemiya zamanı xüsusilə əhəmiyyətlidir, çünki müştərilər öz həkimləri ilə canlı ünsiyyət saxlaya bilmirlər.

 

Emil Hüseynov






20/07/20    Çap et