Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2012-ci ilin ortalarında televizorların əksəriyyəti “Google” TV platformasını dəstəkləyəcək


Cari ili çətin ki “Google” TV-nin televiziya internet-platforması üçün müvəffəqiyyətli adlandırmaq olar. Lakin proqram təminatı ilə olan problemlər, az tələbat və “Logitech” firmasının internet-korporasiya ilə əməkdaşlıqdan imtina etməsi “Google” şirkətini qətiyyətindən döndərə bilməyib.

Şirkətin Direktorlar şurasının sədri Erik Şmidt bildirib ki, 2012-ci ilin yayında yeni televizorların əksəriyyəti platformanı dəstəkləyəcəklər,- “Paid Content” yazıb. "2012-ci ilin yayında televizorların əksəriyyəti inteqrasiya edilmiş “Google” TV platformasına malik olacaqlar” – Erik Şmidt qeyd edib.

Belə televizorları alanlar “Google” korporasiyasının müvafiq razılaşma bağladığı kanallara baxa, “Chrome” səyyahı vasitəsilə veb-sörfinq həyata keçirə, xüsusi “Android”-əlavələrdən istifadə edə, elektron poçtu yoxlaya, sosial şəbəkələrdə ünsiyyət saxlaya biləcəklər.




08/12/11    Çap et