Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” korporasiyası 1,5 milyard dollar dəyərində cərimələnə bilər
“Apple” korporasiyası ticarət markaları haqqında qanunu pozduğu üçün 10 milyard yuan (təxminən 1,5 milyard dollar) dəyərində cərimələnə bilər”,- “Röyters” agentliyi bildirib.
Yerli “Proview Technology” şirkəti Çin məhkəməsinə müvafiq şikayət verib. O, 2000-ci ildən “iPad” ticarət nişanının hüququna malikdir.
“Proview Technology” şirkətinin şikayəti ilə bağlı “Apple” korporasiyası qarşılıqlı iddia verib. Amerika firması “Proview Technology” şirkətini “iPad” ticarət markasının istifadə hüququndan məhrum etməyi tələb edirdi, lakin mübahisəni uduzub.
08/12/11 Çap et