Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformasiya təhlükəsizliyi bazarının həcmi pandemiya dövründə yüksələcək


“Canalys” analitik iqtisadiyyatın bir çox sahələrinə dağıdıcı təsir göstərən “COVID-19” koronavirus pandemiyasına baxmayaraq, 2020-ci ildə qlobal informasiya təhlükəsizliyi bazarının həcmi yüksələcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, onların fikrincə, ən yaxşı senaridə 2020-ci ilin nəticəsinə görə qlobal kibertəhlükəsizlik xərcləri 5,6% artaraq 43,1 milyard dollar təşkil edəcək. Ən pis senaridə isə informasiya təhlükəsizliyi bazarının həcmi 2,5% artaraq 41,9 milyard dollar təşkil edəcək.

 

İnformasiya təhlükəsizliyi bazarı haqqında danışan mütəxəssislər “endpoint security” müdafiəsi, şəbəkə təhlükəsizliyi, elektron poçt, veb-trafik və məlumatların qorunması, kibertəhlükəsizliyin təhlili və informasiya itkilərinin müdafiəsi üçün texnologiyaları nəzərdə tuturlar.

 

Emil Hüseynov






22/07/20    Çap et