Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” korporasiyası həftəyə bir şirkət satın alır
“Google” Direktorlar şurasının sədri Erik Şmidt bildirib ki, korporasiya orta hesabla həftəyə bir şirkət satın alır,- “TechCrunch” yazıb. Bu il “Google” korporasiyası 57 şirkət satın alıb. İnternet-nəhəng bu satınalmalara təxminən 13 milyard dollar xərcləyib.
“Le Web” tədbirində “Google” Direktorlar şurasının sədrindən həmçinin soruşublar ki, niyə bir çox əlavələr əvvəlcə “iOS” üçün yaradılır və yalnız sonra “Android” platformasına keçirilir.
O bildirib ki, yaxın 6 ay ərzində vəziyyət dəyişəcək.Erik Şmidt hesab edir ki, 2012-ci il “Android” əməliyyat sisteminin ili olacaq.
08/12/11 Çap et