Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin Marsda araşdırma aparmaq üçün ilk zondunu kosmosa buraxıb


Çin Mars planetində araşdırma aparmaq üçün "Tyanven-1" adlı ilk zondunu kosmosa buraxıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, zondu daşıyan "Çançjen-5" raketdaşıyıcısı Çinin cənubunda yerləşən Vençan kosmodromundan buraxılıb. "Tyanven-1" zondunun ümumi çəkisi təxminən 5 ton təşkil edir. 1,3 ton – bu, enmə modulun, 3,7 ton isə orbital stansiyanın çəkisidir.

 

Çinin Mars missiyasının məqsədi planetdə həyat əlaməti axtarmaq, həmçinin ətraf mühitin tədqiqidir.

 

Emil Hüseynov






23/07/20    Çap et