Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Britaniya idmançısı özünü internet-hərracda satır


Britaniya atleti Ceyms Ellinqton (James Ellington) özünü “eBay” internet-hərracına qoyub. Bu yolla o, 2012-ci il yay Olimpiya oyunlarına hazırlıq üçün sponsor cəlb etmək istəyir.

26 yaşlı sprinter  (qısa məsafəyə qaçış idmançısı) ciddi zədəyə görə adi üsulla müqavilə bağlaya bilməyib. Hal-hazırda cənab Ellinqton yarışlara hazırdır, lakin pul yoxdur. Məhz buna görə o, sponsor cəlb edilməsinin qeyri-adi üsuluna - veb-hərrac vasitəsinə əl atıb.

Ceyms Ellinqton 30 min funt-sterlinq əldə etməyi hesablayır. Bu pul onun şəxsi xərcləri, idman təchizatı, yaşamı və s. üçün lazımdır. Hərracın bitməsinə 9 gün qalır.





08/12/11    Çap et