Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfonun 5 gün avtonom işləməsini təmin edəcək yeni effektiv batareya təqdim edilib


Avstraliyanın Monaş Universitetinin alimlərdən ibarət qrupu smartfonun 5 gün işləməsini təmin edəcək ən səmərəli litium-kükürd batareyası hazırlayıblar.

 

"ICTnews" Elektron Xəbər Xidməti "techcult.ru" saytına istinadən yazır ki, yeni akkumulyator ən yüksək beynəlxalq standartlara cavab verən ekoloji xüsusiyyətlərə malikdir və onun istehsalı standart modellərlə müqayisədə daha ucuzdur.

 

Unikal enerji mənbəyinin sirri ondadır ki, tədqiqatçılar kükürd katodlarında hissəciklərin əlaqələrini dəyişdirməyə nail olublar ki, bu da məhsuldarlıq və sabitliyi azaltmadan daha yüksək yüklənmələrin öhdəsindən gəlməyə imkan verib.

 

Emil Hüseynov






23/07/20    Çap et