Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Alman firması riteylerlərdən “HTC” smartfonlarının satışlarını dayandırmağı xahiş edib
“İPCom” firması ilə patent mübarizəsi “HTC” şirkətinə milyonlarla avroya başa gələ bilər.“İPCom” firması “HTC” şirkətini əvvəllər “Bosch” şirkətinə məxsus olmuş bir sıra hüququ qorunan hazırlamaların qeyri-qanuni istifadəsində ittiham edib.
2009-cu ilin fevral ayında məhkəmə “İPCom” firmasının iddialarının qanunauyğunluğunu təsdiqləyib, “HTC” şirkəti isə qətnaməyə etiraz edib. Lakin noyabr ayının sonunda Tayvanın smartfon istehsalçısı apelyasiyanı geri çağırıb və “İPCom” firması dərhal alman bazarında “HTC” smartfonlarının satışlarını dayandırmağı tələb edib.
Hal-hazırda “İPCom” firması alman riteylerlərindən patentlərin pozulması ilə bağlı “HTC” smartfonlarının satışlarını dayandırmağı xahiş edib. Bundan başqa, “İPCom” firması Manqeym məhkəməsindən “HTC” şirkətinə 2009-cu ildə çıxarılmış qərarı icra etmədiyinə görə cərimə sanksiyaları tətbiq etməyi xahiş edir.
“HTC” şirkəti iddialar ilə razı deyil: belə ki, məhkəmə qətnaməsi yalnız 1 smartfon modelinə aiddir və həmin smartfon artıq Almaniyada satılmır.
Analitiklərin hesablamalarına əsasən, “HTC” il ərzində bazara təxminən 2 milyon smartfon tədarük edir.
08/12/11 Çap et