Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İran dövləti ABŞ virtual səfirliyinin saytını bloklayıb
Tehranda virtual Amerika səfirliyinin saytı İran dövlətində yalnız 1 gün fəaliyyət göstərib. Qeyd edək ki, bu həftə internetdə “Virtual Embassy Tehran” adlı resurs yaradılıb. Resurs ABŞ və İran vətəndaşlarının "açıq və qorxusuz" əlaqə yaratmaları üçün nəzərdə tutulub.
Amerika hakimiyyəti veb-səfirliyin saytında siyasi xarakterli nəşrlər, xəbərlər, Amerika vizalarının alınması ilə bağlı informasiya və s. yerləşdirməyi planlaşdırırlar.
Lakin hal-hazırda İranda virtual səfirlik saytının açılması zamanı iranlılar aşağıdakı xəbəri görürlər: "Kibercinayət haqqında qanuna müvafiq olaraq, bu resursa giriş qeyri-mümkündür". İran vətəndaşlarının internetə girişinə sərt nəzarət edir: ölkədə bir çox beynəlxalq informasiya agentliklərinin saytları, sosial şəbəkələr, portallar və s. bloklanıb.
08/12/11 Çap et