Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir RRB-nin iclasında iştirak edir


Azərbaycanın Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyaları Rəhbərləri Şurasının dekabrın 7-də Kiyevdə (Ukrayna) keçirilən növbəti 45-ci iclasında iştirak edir.

İclasın gündəliyinə RRB-nin 20 il ərzində fəaliyyəti, RRB rabitə administrasiyalarının radiorabitə və poçt rabitəsi sahəsində beynəlxalq və regional forumlara hazırlığı, habelə telekommunikasiya sahəsində qarşılıqlı fəaliyyəti və s. məsələlər daxildir.

İclasda, həmçinin işçi orqanların rəhbərlərinin (RRB-nin Poçt Operatorları Şurası və Poçt Rabitəsi üzrə Komissiyası) təsdiq olunması və təşkilatın İcraiyyə Komitəsinin baş direktorunun və müavininin seçilməsi məsələləri daxil olmaqla, RRB-nin daxili fəaliyyətinin müzakirəsi və müvafiq qərarların qəbul edilməsi planlaşdırılır.

Tədbirdə RRB-nin tamhüquqlu iştirakçılarının administrasiya rəhbərləri və müşahidəçi qismində iştirak edən nümayəndə heyətləri, eləcə də sahə üzrə regional və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər.  





08/12/11    Çap et