Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“İntel” korporasiyası enerji effektiv serverlər üçün “Atom” platforması hazırlayır
Veb-mənbələrin məlumatına görə, “İntel” korporasiyası 2012-ci ildə bazara “Bordenville” kod adlı aparat platforması çıxaracaq.
“Bordenville” platformasının əsasını “Atom Centerton” prosessorları təşkil edəcək. Onlar 32 nanometr texnoloji proses üzrə hazırlanacaq, 2 hesablama nüvəsinə malik olacaq və “Hyper-Threading” çoxaxınlılıq sistemini dəstəkləyəcəklər.
“Centerton” prosessorunun takt tezliyi 1,6 QHz-ə qədər təşkil edəcək; yayılan istilik enerjisinin (TDP) maksimal qiyməti 5-8 Vatt olacaq.“Atom Centerton” prosessorlarının mikroserverlərdə (kiçik enerji istehlaklı serverlər) tətbiq olunacağı gözlənilir.
08/12/11 Çap et