Las-Veqasda keçirilən illik istehlak elektronikası sərgisinin təşkilatçıları elan ediblər ki, 2021-ci ildə “CES” sərgisinin bütün tədbirləri rəqəmli formatda keçiriləcək.
“ICTnews” Elektron Xəbər Xidməti “digger.ru” saytına istinadən yazır ki, bu qərar səhiyyə sahəsində davam edən böhrana görə Texnologiyalar İstehlakçıları Assosiasiyası tərəfindən qəbul edilib. Sərgi 2021-ci il yanvarın 6-dan 9-dək keçiriləcək, iştirak edən şirkətlər yeni məhsullarını onlayn yayım vasitəsilə nümayiş etdirə biləcəklər.
Assosiasiya, həmçinin qeyd edib ki, 2020-ci ildə oflayn formata geri qayıdaraq Las-Veqasda “CES” sərgisini keçirməyi planlaşdırır.
Emil Hüseynov