Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“5G” dəstəkli yeni “Samsung” smartfonları hazırlanır


"Samsung" şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən "A32 5G" və "A42 5G" adlı yeni ucuz qurğular hazırlayır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, kiçik modelin şirkətin ən ucuz "5G" smartfonu olacağı gözlənilir. O, qiyməti 220 dollar təşkil edən aktual "Galaxy A31" modelini əvəzləyəcək.

 

"Galaxy A32 5G" bu qiymət diapazonlu qurğular üçün cəlbedici olan 48 meqapikselli dörd əsas kamera ilə təchiz olunacaq. Nisbətən bahalı "Galaxy A43 5G" modeli barədə informasiya çox azdır. Bu yaxınlarda internetdə smartfonun ehtimal olunan akkumulyator tutumu haqqında informasiya dərc edilib. Belə ki, Çinin "3С" tənzimləyici orqanının saytında 4860 milliamper/saat tutumlu "BA426ABY" akkumulyator batareyasının sertifikasiyadan keçməsi barədə məlumat yer alıb. "Samsung" tərəfindən məhsulun adlandırılması üçün tətbiq edilən konsepsiyaya görə, akkumulyator "SM-A426B" smartfonu – "Galaxy A42 5G" üçün nəzərdə tutulub.

 

Xatırladaq ki, bir neçə həftə əvvəl məşhur "SamMobile" nəşri "Samsung" şirkətinin "A" seriyalı bütün smartfonlarının yaxın gələcəkdə beşinci nəsil mobil rabitə şəbəkəsinin dəstəyi ilə təchiz ediləcəyini açıqlayıb.

 

Nizam Nuriyev






30/07/20    Çap et