“Pangu” komandasından olan informasiya təhlükəsizliyi mütəxəssisi “iPhone” qurğusunda aşkar edilmiş düzəldilməyən boşluq haqqında məlumat verib. Bu boşluq “SEP” təhlükəsizlik çipinə aiddir.
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, bu çip açarların şifrləmə/deşifrləməsi üzrə bir çox funksiyaları özündə saxlayır. Məsələn, sözügedən çipdə şifrlər, “Apple Pay” məlumatları və biometrik məlumatlar "gizlədilir".
“A7-A11” prosessorları ilə təchiz edilmiş istənilən “iPhone” və ya “iPad” cihazı risk zonasına daxildir. Bu, “iPhone 5s”dən “iPhone X”dək olan modelləri əhatə edir. Məlumata görə, haker qurğuya müdaxilə etmək üçün ona fiziki girişə malik olmalıdır.
Bu boşluq ilk dəfə aşkar edilib.
Emil Hüseynov