Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Almaniyada uçan taksi sınaqdan keçirilib


Uçan taksi saatda 120 km sürətlə 4-dək sərnişini 100 km-dək məsafəyə daşıya bilər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “CityAirbus” adlandırılan bu taksilər məsafədən idarə edilir və elektrik enerjisi ilə işləyir.

 

Uçan taksinin yaradıcıları yaxın gələcəkdə insanların şəhərlərdə tıxacsız daşına biləcəyinə ümid edirlər. Hər bir nəqliyyat vasitəsi dörd propellerlə təchiz edilib. Uçan taksinin hərəkəti üçün sürücü tələb olunmur. Bu, sosial təcrid şəraitində uçan taksilər üçün vacib üstünlükdür. Həm də səssizdirlər.

 

Hələ ki uçan taksilərin istifadəyə verilməsi ilə bağlı dəqiq tarix açıqlanmayıb.

 

Emil Hüseynov






04/08/20    Çap et