"Huawei" şirkəti "Huawei Smart Display" adlı "ağıllı" televizorlar seriyasına üç yeni model əlavə etməyə hazırlaşır. Bu barədə məlumat Çinin "3C" tənzimləyici orqanının bazasında dərc olunub.
"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, məlumata görə, seriyaya "AD80HN", "AD80HW" və "AD80**" model nömrəli televizorlar daxil olacaq.
Yeni "Huawei" "ağıllı" televizorları maye-kristal ekranlarla (LCD) təchiz ediləcək. Bu isə o deməkdir ki, onlar nisbətən ucuz qurğular kateqoriyasına aid olacaq. Bundan başqa, televizorlar üçün displeylər tədarükçüsü qismində Çinin "BOE" şirkəti çıxış edəcək. Onun dünyanın ən böyük maye-kristal ekranlar istehsalçılarından olmasına baxmayaraq "OLED" panellərin istehsalını genişləndirərək gələcəkdə "Samsung" və "Apple" smartfonları üçün displeylərin tədarükünə başlamaq niyyətindədir.
Yeni televizorların texniki xüsusiyyətləri barədə məlumat verilmir.
Nizam Nuriyev