"AdGuard" şirkətinin mütəxəssisləri populyar "Google Chrome" brauzeri üçün internetdə reklamın bloklanması ilə əlaqəli genişlənmələrin təhlilindən ibarət hesabat dərc ediblər. Mütəxəssislərin gəldiyi nəticə arzuolunan deyil – sınaqdan keçirilmiş genişlənmələrin 80%-dən çoxu on milyonlarla istifadəçinin kompüterini yoluxdurmuş zərərverici proqram təminatı olub.
"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, dərc edilmiş araşdırmaya əsasən, 295 genişlənmədən 245-i elan edilmiş funksiyaları yerinə yetirməyib, bu halda onların əksəriyyəti quraşdırmadan sonra kənar serverdən zərərverici kod yükləyib. Bəzi hallarda proqram müəllifinə yoluxdurulmuş fərdi kompüter istifadəçisi tərəfindən satınalmalarda keşbek və ya başqa mükafat qazanmağa imkan verən kənar cookie fayllarının brauzerə tətbiqetmə sxemi istifadə olunub.
Emil Hüseynov