Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən sürətli enerjidoldurma texnologiyasına malik smartfonlar bəlli olub


“Android Authority” nəşrinin mütəxəssisləri tərəfindən keçirilmiş araşdırmada ən sürətli enerjidoldurma texnologiyasına malik smartfonlar məlum olub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, reytinqin birinci pilləsində 2018-ci ildə təsis edilmiş şirkətin “Realme X50 Pro 5G” adlı smartfonu yerləşib. Aparatın əsas özəlliyi “Snapdragon 865” qabaqcıl prosessoru, 90 herslik AMOLED displey və 65 vatlıq sürətli enerjidoldurma texnologiyasıdır. Smartfon 4200 milliamper/saat tutumlu akkumulyatoru 33 dəqiqə ərzində tam enerji ilə doldurur.
 
Reytinqin ikinci pilləsində “Oppo Find X2 Pro” aparatı yerləşib. Bu qurğunun enerji ilə tam doldurulmasına 43 dəqiqə sərf edilir. “Xiaomi Mi 10 Pro” aparatı üçüncü yeri tutub. Bu qurğu 46 dəqiqə ərzində 0-dan 100%-dək enerji toplayır.
 
Emil Hüseynov





10/08/20    Çap et