Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple”ın direktoru milyarder olub


“Apple” şirkətinin direktorunun varidatı eyniadlı şirkətin səhmlərinin dəyərinin artması fonunda ilk dəfə 1 milyard dolları ötüb. Bu haqda “Blomberg”in yeni hesabatında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “newsru.com” saytına istinadən yazır ki, Tim Kuk İT nəhənglərindən olan həmkarlarının fonunda kasıb bir insan kimi görünür. Məsələn, “Amazon”un direktoru Ceff Bezosun varidatı 187 milyard dollardır (o bu göstərici ilə dünyanın ən zəngin insanlarının reytinqində liderdir). “Microsoft”un keçmiş direktoru Bill Qeyts 121 milyard dollar varidata malikdir. “Facebook” və “Tesla” şirkətlərinin rəhbərləri Mark Zukerberq və Elon Mask isə müvafiq olaraq 102 və 68,7 milyard dollar toplamağa müvəffəq olublar.
 
Belə fərq onunla izah olunur ki, Kuk yuxarıda sadalanan sahibkarlardan fərqli olaraq, Stiv Cobsun ölümündən sonra rəhbərlik etdiyi şirkətin yaradıcısı deyil və az sayda səhm paketinə sahibdir. Bu halda Tim Kukun rəhbərliyi dövründə “Apple” şirkəti dünyada ən bahalı ictimai şirkət olub (indi “Apple”ın kapitallaşdırma dəyəri 2 trilyon dollara yaxınlaşır) və bu müddət ərzində şirkətin qazancı iki dəfədən çox artıb.
 
Emil Hüseynov





11/08/20    Çap et