Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung Galaxy Note20” və “Galaxy Tab S7” qurğularının xüsusi versiyaları nümayiş olunub


“Samsung” şirkəti “Samsung Galaxy Note20” smartfonunun və “Galaxy Tab S7” planşetinin “Enterprise Edition” adlı xüsusi versiyalarını rəsmən təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT www.ixbt.com” resursuna istinadən yazır ki, qurğular müəssisələrə satılacaq və dörd il ərzində xidmətin göstərilməsi yeniləmələri ilə təchiz ediləcək. Bu, kommersiya istifadəsi üçün nəzərdə tutulan “5G” dəstəkli ikinci “Samsung” qurğusudur, eləcə də “Enterprise Edition” proqramı çərçivəsində ilk planşetdir.

“Enterprise Edition” qurğuları onların təhlükəsizliyi, eləcə də idarəetmə həlləri üçün birillik pulsuz “Samsung Knox Suite” servisi ilə tədarük ediləcək. Onlara “Knox Mobile Enrollment”, “Knox Manage”, “Knox Platform” və “Knox E-FOTA One” aid edilir.

“Galaxy Note20 5G Enterprise Edition” smartfonunun pərakəndə satış qiyməti 1059 avro, “Galaxy Tab S7 Enterprise Edition” planşetinin 809 avro təşkil edir. Hər iki qurğu sentyabrdan etibarən Almaniyada səlahiyyətli pərakəndə satış nöqtələri və ya “Knox” proqramı üzrə tərəfdaşlar tərəfindən satışa çıxarılacaq.

Nizam Nuriyev






12/08/20    Çap et