Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rabitə sistemi “Eurovision” müsabiqəsinə görə təkmilləşdirilir
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakıda keçiriləcək “Eurovision” 2012” mahnı müsabiqəsində informasiya və kommunikasiya texnologiyalarının standartlara cavab verməsi məqsədilə təsdiqlənən geniş tədbirlər planının icrasına başlayıb.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəisi Beytulla Hüseynov bildirib ki, bu məqsədlə ciddi hazırlıqlar gedir və şəhərdə bütün informasiya və kommunikasiya texnologiyalarının müasir tələblərə cavab verməsi hədəflənib.”Burada alternativ rabitəni də nəzərə alacağıq. Bu, çox vacib bir məsələdir”.
Qeyd edək ki, tədbirlər planında regionlar da nəzərdə tutulub. Belə ki, müsabiqənin keçiriləcəyi yerdən 3 istiqamətdə (“Aztelekom” İB, Gəncə şəhəri və İctimai TV ofisi) fiber-optik kabellə rabitənin yaradılması, STM-1 səviyyəsində kanalların təşkili və son avadanlıqlarla təchiz edilməsi də nəzərdə tutulub.
09/12/11 Çap et