Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Xiaomi” şirkəti qabaqcıl smartfonunu təqdim edib


“Xiaomi” şirkəti qabaqcıl “Mi 10 Ultra” smartfonunu təqdim edib. Şirkət “Twitter” hesabında yayımlanan təqdimatında bu haqda məlumat verib.
 
“ICTnews” Elektron Xəbər “lenta.ru” saytına istinadən yazır ki, sözügedən cihaz brendin onuncu ildönümünə həsr edilmiş onlayn tədbir çərçivəsində təqdim edilib. Aparat 2340x1080 piksel təsvir ölçülü 6,67 düymlük “TrueColor” OLED displeyə malikdir. Qurğu “Snapdragon 865” prosessoru, 8 QB əməli yaddaş və 128 QB daxili yaddaşla təchiz edilib. Cihazın qabaqcıl versiyasında 16 QB əməli yaddaş və 512 QB daxili yaddaş əlçatandır.
 
“Mi 10 Ultra” smartfonunun arxa panelində 4 obyektivdən ibarət (48, 48, 12 və 20 meqapiksellik) kamera yerləşdirilib. Qurğunun  teleobyektivi 5 qat optik zumu, 120 qat hibrid böyütməni və optik sabitləşmə sistemini dəstəkləyir. Kamera saniyədə 30 kadr tezliklə 8K təsvir ölçüsündə video və ya saniyədə 60 kadr tezliklə 4K təsvir ölçüsündə video çəkməyə imkan verir.
 
Smartfon 120 vatt gücündə sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 4500 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. “Xiaomi” şirkətinin sözlərinə görə, qurğu 25 dəqiqə ərzində tam enerji toplayır.
 
Emil Hüseynov





12/08/20    Çap et