Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Türkiyə səfiri BTRİB-ə təşəkkür etdi
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin kollektivinə məktub ünvanlayıb. Məktubda deyilir: “ Türkiyənin Van bölgəsində insan tələfatı ilə nəticələnən zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Türkiyənin Azərbaycandakı səfirliyinə maddi yardım təqdim etmiş Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin kollektivinə minnətdarlığımızı bildiririk.
Azərbaycan bizim üçün dost və qardaş ölkədir. Bizim çətin günümüzdə ilk olaraq Azərbaycan yanımızda idi. Buna görə Azərbaycan Prezidenti İlham Əliyev cənablarına və Azərbaycan hökumətinə öz minnətdarlığımı bildirirəm”.
Türkiyənin Azərbaycandakı
səfiri Hulusi Kılıç
09/12/11 Çap et