“Google Fuchsia OS” sistemi sertifikasiyadan keçib
“Bluetooth” standartlarının hazırlanması və bu texnologiya ilə təchiz edilən qurğuların sertifikatlaşdırılması ilə məşğul olan “Bluetooth Special Interest Group” təşkilatı “Google Fuchsia OS” əməliyyat sisteminin sertifikasiyadan keçməsini açıqlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT
www.ixbt.com” resursuna istinadən yazır ki, yeni əməliyyat sistemi müxtəlif qurğular, o cümlədən smartfon, noutbuk və “ağıllı” ev qurğuları ilə iş üçün nəzərdə tutulub. “Linux” nüvəsinə əsaslanan “Android” və “Chrome OS” əməliyyat sistemlərindən fərqli olaraq “Fuchsia” sistemi “Zircon” adlı yeni nüvə əsasında yaradılır.
Məlumata görə, “Google Fuchsia OS” sistemi “Android”, “Chrome OS” və digər əməliyyat sistemlərinin əvəzləyicisi kimi qələmə verilir. Təşkilat nümayəndələri əmindir ki, “Google Fuchsia OS” uzun müddətdir daxili test mərhələsindədir.
Lakin yeni “Google Fuchsia OS” əməliyyat sisteminin rəsmi təqdimat tarixi, onunla təchiz ediləcək qurğular və ən yeni “Android” və “Chrome OS” versiyaları üzərində hansı üstünlüklərə malik olacağı barədə məlumat verilmir.
Nizam Nuriyev