Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“OnePlus 8 Pro” ilin ən yaxşı smartfonu seçilib


Avropa Audio və Videotexnika Jurnallar Assosiasiyası (EISA) müxtəlif istehlak nominasiyalarında ən yaxşı qurğu üçün illik müsabiqənin qaliblərini elan edib. İlin ən yaxşı smartfonu “OnePlus 8 Pro” seçilib. Sonrakı yerləri isə ötən il olduğu kimi, digər Çin istehsalçılarının qurğuları tutub.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA www.4pda.ru” resursuna istinadən yazır ki, “OnePlus 8 Pro” modelinə ən yaxşı smartfon mükafatını təqdim edən münsiflər heyəti onun yüksək sinifli qurğular üçün səviyyəni artırmasını və özündə əla dizaynlı qabaqcıl aparat texnologiyalarını birləşdirməsini qeyd edib. Bundan başqa, modelin əsas kamerasının keyfiyyətli işi vurğulanıb.
 
“Ən yaxşı dizayna malik smartfon” kateqoriyasında ekodəri bəzəyi ilə təchiz edilən “OPPO Find X2 Pro” seçilib. Ekspertlərin sözlərinə görə, qurğunun korpusuna qeyri-adi toxunulmaqla hiss edilən toxunuşlar əvəzolunmaz gündəlik istifadə rahatlığını təmin edir.
 
Assosiasiyanın versiyasına görə, ən yaxşı kamera ilə təchiz edilən smartfon qabaqcıl “Huawei P40 Pro” modeli olub. Qurğu bu nominasiyada mükafata sensorların “Leica” obyektivləri ilə kombinasiyası sayəsində layiq görülüb. Münsiflər heyətinin fikrincə, bu tandem fotoşəkillərdə səs-küy və artefaktların yaranmasını aradan qaldırıb.
  
“Ən yaxşı qatlanan smartfon” nominasiyasında “Samsung Galaxy Z Flip” qalib olub, multimediaya baxmaq üçün ən yaxşı qurğu isə 6,5 düymlük “Sony Xperia 1 II” elan edilib. “Ağıllı” saatlar kateqoriyasında dizayn, rahat fiziki idarəetmə elementləri və geniş funksionallığa görə “Huawei Watch GT 2” seçilib.
 
Nizam Nuriyev





17/08/20    Çap et