Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“CompactFlash” kartlarını “XQD” fləş kartları əvəz edəcək


“CompactFlash Association” təşkilatı “XQD” yeni nəsil məhsuldar fləş kartlarının spesifikasiyasını təsdiqləyib.
“XQD” daşıyıcılarında informasiyanın ötürülməsi sürəti 125 Mb/s və yuxarı olacaq.

Onlar “CompactFlash” kartlarını əvəz edəcəklər, əsasən peşəkar rəqəmsal fotoaparat və videokameralar sahəsində tətbiq ediləcək.

“XQD” standartı “PCİ Express” spesifikasiyasından istifadə edir. Yeni format kartları yüksək etibarlılığa malikdir. Daşıyıcının ölçüləri 38,5×29,8×3,8 mm təşkil edir.“XQD” formatının tətbiqi 2012-ci ildə başlanacaq. Fləş kartlar “CP+” sərgisində təqdim ediləcək.





09/12/11    Çap et