Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni texnologiya ilə təmin edilən sərnişin qatarı Azərbaycanda


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı-Gəncə-Bakı istiqamətində yeni ən müasir texnologiyalarla təchiz edilən “Ekspress” qatarını xəttə buraxıb.

QSC-dən bildiriblər ki, Azərbaycanda ilk dəfə xəttə buraxılan bu tip sərnişin qatarı səhər saat 09:00-da Bakı sərnişin stansiyasından yola düşərək saat 16:20-də Gəncə stansiyasına çatır. Ertəsi 09:00-da Gəncə stansiyasından yola düşən qatar isə saat 17:10-da Bakı sərnişin stansiyasına çatır. Qatar günaşırı hərəkət edəcək.

 Qeyd edək ki, qatar müasir audio, multisistemlə təmin olunub ki, bu da vətəndaşların yolboyu mənalı istirahətinin təmin edilməsi deməkdir. Qatarda 220 volt gərginliyin olması onların noutbuk, mobil telefonların elektrik enerjisi ilə təmin edilməsinə də şərait yaradıb.





09/12/11    Çap et