Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” servislərində nasazlıqlar yaranıb


Son saatlar ərzində əksər istifadəçilər “Gmail” elektron poçtu vasitəsilə məktubların göndərilməsində problemlərlə üzləşib. Bakı vaxtı ilə saat 08:00-dan etibarən istifadəçilər bir sıra “G Suite” servislərinə, xüsusilə “Gmail” elektron poçtuna qoşulmaqla bağlı problemlərdən şikayətlənməyə başlayıblar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, “Google” əlavələr səhifəsinin statusu bir qədər əvvəl yenilənib: şirkət “Gmail” və “Google Drive” servislərində problemlərlə bağlı hesabatların alınmasını təsdiq edib. Bundan başqa,  “Twitter” və ya “DownDetector” servislərinə nəzər yetirdikdə son saatlar ərzində səhvlər haqqında minlərlə məlumatı görmək mümkündür.
 
İstifadəçilərin sözlərinə görə, elektron məktubları göndərmək mümkün olsa da, faylın qoşulması zamanı yükləmə prosesi uzun çəkir və bəzi hallarda başa çatmayaraq səhv haqqında bildirişin göstərilməsi ilə nəticələnir: xidmət tərəfindən internet bağlantısını yoxlamaq təklif olunur. Qeyd edək ki, oxşar problemlər “Slack” korporativ messencerində də müşahidə edilir.
 
“Google” şirkətinin Bakı vaxtı ilə saat 10:07-də verdiyi məlumatda problemin öyrənilməsi bildirilib. Şirkət onu da təsdiq edib ki, problemlər “Google Meet”, “Google Voice” və “Google Docs” kimi digər proqramlarda da müşahidə olunur. Bundan əlavə, “YouTube” servisində videoların yüklənilməsində problemlərin mövcudluğu barədə məlumatlar dərc olunur.
 
Nizam Nuriyev






20/08/20    Çap et