Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony” rəqəmli kameralarından videozənglər etmək üçün istifadə olunacaq


“Sony” şirkəti “Sony” rəqəmli kamera istifadəçilərinə onlardan veb-kamera kimi istifadəyə imkan verən “Imaging Edge Webcam” adlı proqram təqdim edib. Həmçinin istifadəçilər kameralardan videonun real vaxt rejimində ötürülməsi üçün istifadə edə bilərlər. Bunun üçün yalnız “USB” kabeli və proqram təminatı tələb olunur.
 
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT www.ixbt.com” resursuna istinadən yazır ki, şirkətin rəsmi məlumatına görə, masaüstü kompüterlər üçün nəzərdə tutulan “Imaging Edge” veb-kamerası istifadəçilərə birbaşa translyasiyalar və videokonfranslar etməyə, eləcə də sahə üzrə ən yaxşı avtofokuslama, yüksək təsvir ölçülü görüntü və hər uyğun kameranın unikal xüsusiyyətləri kimi qabaqcıl “Sony” fotoşəkil emalı texnologiyalarından tam istifadəyə imkan yaradır.
 
Məlumata görə, hazırda proqram təminatı 35 modellə, o cümlədən “Alpha 9 II”, “Alpha 9”, “Alpha 7R2, “Alpha 7R III”, “Alpha 7S II”, “Alpha 7S”, “Alpha 7 III”, “Alpha 6400”, “Alpha 6100”, “RX100 VII”, “RX100 VI”, “RX0 II”, “RX0”, “ZV-1” və “Alpha 7S III” ilə uyğunluq təşkil edir. Proqram təminatı “Windows 10” əməliyyat sisteminin 64 bitlik versiyası ilə təchiz edilən kompüterlərdə işləyir.
 
Tutumu 6,2 meqabit təşkil edən “Imaging Edge Webcam” proqram təminatını pulsuz yükləmək (https://support.d-imaging.sony.co.jp/app/webcam/en/download/?utm_source=ixbtcom)  mümkündür.
 
Nizam Nuriyev





21/08/20    Çap et