Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows” sistemində daxili antivirusun söndürülməsi qadağan edilib


“Windows 10” əməliyyat sistemində daxili antivirusun söndürülməsi imkanı ləğv edilib. Bu haqda şirkətin xəbərinə istinadən “Windows Latest” nəşri yazıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, şirkətin mütəxəssisləri bildiriblər ki, “Windows” sisteminin 4.18.2007.8 nömrəli versiyasında daxili antivirusun söndürülməsi imkanı aradan qaldırılacaq. “Microsoft”un məlumatına əsasən, “Windows Defender” proqram təminatı zərərverici, həmçinin casus proqram təminatlarının qarşısını almağa, ləğv etməyə və karantinə yerləşdirməyə imkan verir.
 
Jurnalistlər dəqiqləşdiriblər ki, bundan əvvəl reyestri redaktə etməklə "Windows Defender"i söndürmək mümkün idi. İndi reyestrə edilən dəyişiklikdən heç nə asılı deyil, çünki əməliyyat sistemi bu parametrə artıq önəm vermir. Nəşrin mütəxəssislərinin fikrincə, “Microsoft” bu üsulla faktiki olaraq əslində daxili antivirus proqramını söndürməyi qadağan edir.
 
Emil Hüseynov





21/08/20    Çap et