Nəbz və təzyiq datçiklərinə malik ilk düyməli telefon təqdim edilib
“Lava” brendi nəbz və təzyiq datçiklərinə malik “Lava Pulse” adlı ilk düyməli telefonunu təqdim edib. Qurğunun qiyməti 26 dollardır.
“ICTnews” Elektron Xəbər Xidməti “
ferra.ru” saytına istinadən yazır ki, “Lava Pulse” telefonunun əsas datçiki qurğunun arxa panelində kameranın alt hissəsində yerləşdirilib. Barmağı sensorun üstünə qoymaq və göstəricilər üçün ekrana baxmaq lazımdır.
Telefon 240 x 320 piksel təsvir ölçülü 2,4 düymlük ekranla təchiz edilib. Qurğuya quraşdırılmış daşıyıcının tutumu 32 QB-dək ola bilər. Həmçinin radioqəbuledici və qulaqlıqlar üçün 3,5 mm-lik konnektor var.
Aparat 1800 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Bu, 6 günlük avtonom istifadə üçün kifayətdir. Telefon internetə qoşulmaya malik deyil. Buna görə o öz sağlamlığına fikir verən yaşlı insanlar üçün uyğundur.
Emil Hüseynov