Ən yaxşı SSD istehsalçıları bəlli olub
“Trendfocus” analitik şirkəti 2020-ci ilin ikinci rübü üzrə ən yaxşı “SSD” istehsalçılarının adını açıqlayıb. Sərtgövdəli daşıyıcılar bazarında iki lider var.
“ICTnews” Elektron Xəbər Xidməti “
ferra.ru” saytına istinadən yazır ki, ümumilikdə 2020-ci ilin birinci rübü ilə müqayisədə sərtgövdəli daşıyıcların satış həcmində yüksək artım qeydə alınmayıb. Aprel, may və iyun aylarında təxminən 81,3 milyon SSD tədarük edilib.
“Samsung” və “WDC” (Western Digital Corporation) şirkətləri sərtgövdəli daşıyıcılar bazarında lider olublar. Cənubi Koreya şirkətinin bazar payı 24,6%, ikinci şirkətdə isə 21,2% təşkil edir. Bu şirkətlərin birgə bazar payı təxminən 50%-ə yaxındır.
Emil Hüseynov