Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Motorola” şirkəti “Moto G9” smartfonunu təqdim edib


“Motorola” şirkəti yeni “Moto G9” modeli ilə ucuz “Android” qurğular çeşidini genişləndirib. Ucuz olmasına baxmayaraq, aparat yeni “Snapdragon” prosessoru, 4 QB əməli yaddaş, 48 meqapiksellik əsas kamera və 5000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Moto G9” aparatı 2020-ci ilin martında təqdim edilmiş “Moto G8”in varisidir. Cihaz tərəflər nisbəti 20:9 olan 6,5 düymlük HD təsvir ölçülü ekran, 8 meqapiksellik selfi modula malikdir. Qurğunun arxa tərəfində 48, 2 və 2 mp-lik datçiklər, həmçinin işıq diodu işıqlandırıcısına malik əsas kamera bloku yerləşdirilib.
 
Smartfon 8 nüvəli “Snapdragon 662” mobil platforması, 4 QB əməli yaddaş və 64 QB daxili yaddaş ilə təchiz edilib. 20 vatlıq sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən modelin daxili akkumulyatorunun tutumu 5000 mAs təşkil edir. Aparat “Google” səs köməkçisinin çağırılması üçün xüsusi düymə, “NFC” modulu və arxa paneldə yerləşdirilmiş barmaq izləri skanerinə malikdir. Cihaz “Android 10” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.
 
Emil Hüseynov





25/08/20    Çap et