Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti cari rübdə təxminən 28 milyon smartfon satacaq


“UBS” bankının analitiklərinin proqnozlarına əsasən, 2011-ci ilin son rübündə təxminən 28 milyon “Apple iPhone” smartfonu satılacaq. Qeyd edək ki,  yalnız bu həftə ərzində artıq 2 milyondan çox “iPhone” satılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl “JP Morgan” investisiya bankının verdiyi proqnoza əsasən, 25-28 milyon “iPhone” smartfonu satılacaq. Həmçinin “Sterne Agee” marketinq şirkətindən bildiriblər ki, onların proqnozlarına görə də satış həcmi 28 milyon təşkil edəcək.





10/12/11    Çap et