Məlumatların həcminin artması “Əşyalar interneti”nə təhlükə yaradır
Məlumatların həcminin və “Əşyalar interneti (IoT)” qurğularının sayının kəskin artması şəraitində kibertəhlükələrin sayı yüksəlib. “IDC” analitik şirkətinin yeni araşdırması bu məsələyə həsr edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssislərin proqnozuna görə, 2025-ci ilədək dünyada təxminən 79 Zbayt həcmində məlumat generasiya edəcək 41,6 milyard “IoT” avadanlıq əlçatan olacaq. Müqayisə üçün, 2016-cı ildə mütəxəssislər yalnız 0,18 Zbayt həcmində məlumat yaradılması və saxlanılması haqqında bildirmişdilər.
Bu fonda kiberhücumların miqyası artır və hakerlər üçün yeni imkanlar yaranır, informasiya təhlükəsizliyi üzrə mütəxəssislər isə sistemlərin müdafiəsi üçün çox mürəkkəb məsələləri həll etmək məcburiyyətindədirlər. Bu problem “Əşyalar interneti” bazarında tənzimləmə tədbirlərinin yoxluğu və təhlükəsizliyin təmin olunmaması ilə daha da çətinləşir.
Analitiklərin sözlərinə görə, istehlakçıların əksəriyyəti özlərini və fərdi “IoT” qurğularını icazəsiz müdaxilələrdən necə qoruyacaqlarını bilmir. Buna görə 2019-cu ildə “Əşyalar interneti” seqmentində məlumatların itkisi üzrə yüksəliş olub və belə kiberhadisələrin təxminən 26%-i onların payına düşüb.
Analitiklər şifrləmə və “bulud” sistemində məlumatların yüklənməsi və saxlanılması üçün xüsusi mühafizə sistemlərini “Əşyalar interneti”ndə kibertəhlükəsizliyi təmin etmək üçün tədbir kimi qiymətləndirirlər.
Avropa Komissiyası internetə qoşulmuş bütün qurğular üçün məcburi sertifikatlaşdırma yaratmağı nəzərdən keçirir.
Emil Hüseynov